“Bolton planı” reallaşır: Qarabağ Bakıya verilir, sonra isə… – ŞOK İDDİA

“Bolton planı”nın yekun reallaşdırılması üçün Nikol anti-Qarabağ, anti-Rusiya və anti-İran siyasətini davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Yerevan Today” saytı çıxış edib.

“Məhz buna görə Ermənistana onun digər kuratoru Riçar Mur (Bolton və Mur arasındakı dönəmdə MKİ katibi Uilyam Börns də İrəvanda olub – Y.T.) gəlib. Xaricdə diktə edilən siyasətin dəyəri Ermənistan və Qarabağdır (Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisi – red.), amma bu, Nikol Paşinyanı maraqlandırmır. O, yalnız öz hakimiyyətinin saxlanması və özünün xilası ilə məşğuldur”, – sayt bildirib.

Paşinyanın Bakı ilə ortaq hərəkət etdiyi iddiasını irəli sürən sayt regionda dəhşətli müharibənin başlayacağını bildirib:

“Qarabağdakı rejim avtomatik ortaq ləğv ediləcək, sonra isə Rusiya bazasının Gümrüdən çıxarılması gündəmə gələcək və Ermənistan İranla müharibədə plasdarma çevriləcək. Bunun nəticəsində Ermənistan dünya xəritəsindən itəcək. Lakin bu, Nikolun sahiblərini maraqlandırmır”.

Turan Rzayev
Globalinfo.az