2024 08 13T202020Z 725354572 RC28F9A9F0MA RTRMADP 3 ISRAEL PALESTINIANS UN pic 32ratio 900x600 900x600 91704

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası iyulun 25-də Ukrayna ilə bağlı xüsusi iclas keçirəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə iyul ayında Təhlükəsizlik Şurasına sədrlik edən Pakistanın BMT-dəki daimi missiyasından məlumat verilib.

Bildirilib ki, iclas Sloveniya, Danimarka, Fransa, Yunanıstan, Böyük Britaniya və Koreya Respublikasının təşəbbüsü ilə çağırılıb.

“Bəli, görüş cümə günü baş tutacaq”, – deyə Pakistan missiyasından bildirilib.

İclasın iyulun 25-i Moskva vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00) keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl BMT Rusiyanın təşəbbüsü ilə təşkilatda aparılması nəzərdə tutulan islahatlarla bağlı qətnamə qəbul etmişdi.

Qətnamədə təşkilatın qlobal çağırışlar və maliyyə çətinlikləri fonunda fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi vurğulanır və BMT Nizamnaməsinə uyğun fəaliyyətin harmonik şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunur.

Tahir Turan

Globalonfo.az

Paylaş: