Snimok ekrana 2024 12 18 v 05.30 pic 32ratio 900x600 900x600 33410

BMT Təhlükəsizlik Şurasının avqustun 9-da İsrailin Qəzza zolağı ilə bağlı planlarına həsr olunmuş fövqəladə iclası keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Pakistanın dünya təşkilatı yanında daimi nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, iclas Moskva vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.

Qeyd edək ki, avqustun 8-də İsrailin Təhlükəsizlik Kabineti baş nazir Benyamin Netanyahunun Qəzza zolağı üzərində İsrail Müdafiə Qüvvələrinin (IDF) tam nəzarətini bərqərar etmək planını təsdiqləyib. Plan çərçivəsində döyüşlərin dayandırılması üçün beş əsas şərt irəli sürülüb.

Tahir Turan
Globalinfo.az

Paylaş: