BMT Srebrenitsa ilə bağlı qətnamə qəbul etdi

BMT Baş Assambleyası Srebrenitsada soyqırımla bağlı qətnamə qəbul edib.

Globalinfo.az xəbər verir ki, qətnamə birmənalı şəkildə “Srebrenitsa soyqırımının tarixi hadisə kimi inkarını” pisləyir.

Bundan əlavə, iyulun 11-i Srebrenitsa Soyqırımı Qurbanlarının Beynəlxalq Anım Günü elan edilib.

Səsvermədə 84 ölkə lehinə, 19 ölkə əleyhinə səs verib, 68 ölkə isə bitərəf qalıb.

Qeyd edək ki, Srebrenitsa soyqırımı 1995-ci ilin iyulunda keçmiş Yuqoslaviyada baş verib. Bu soyqırım zamanı Serb ordusu ən azı 8372 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serbiya ordusu ilə yanaşı, “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də soyqırımın törədilməsində iştirak edib.