BMT-nin 101 əməkdaşı həbs edilib

1742927929 ca6f01b2 6d90 32e2 829a b530e01398e6 850

Ötən il BMT-nin dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən 101 əməkdaşı həbs edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında bildirib.

Baş katib hökumətləri BMT əməkdaşlarının təhlükəsizliyini və müdafiəsini gücləndirməyə, bu cinayətlərə görə ədaləti tələb etməyə çağırıb:

“Hazırda BMT-nin dünya üzrə həbsdə olan 52 əməkdaşından 23-ü Yəməndə əsassız olaraq saxlanılıb. Onlardan səkkizi İnsan Hüquqları Ofisinin əməkdaşlarıdır. Bu şəxslərin həbsi ədalətsizlikdir”.

BMT Baş katibi əməkdaşlarının dərhal və şərtsiz azad edilməsi üçün çağırışını bir daha təkrarlayıb.