bmt apa

“Qoşulmama Hərəkatının konfransı vacibdir. Mən bu tədbirin təsisçilərinə, Azərbaycana və Uqandaya BMT adından təşəkkür edirəm”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib.

Xanım Andreyeva bildirib ki, BMT-nin dayanıqlı inkişaf məqsədləri qadınların və qızların təmsilçiliyini, gender məsələlərini də təşviq edir.

“Bizim indi münaqişələrlə, böhranlarla üzləşdiyimiz bir zamanda dialoqa, əməkdaşlığa ehtiyacımız var”.

Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif çıxışında Azərbaycan hökumətinə bu konfransa görə təşəkkür edib.

O deyib ki, bu konfrans hər bir ölkə üçün vacib olan mövzularda fikir mübadiləsi üçün vacib bir fürsət yaradıb: “Ölkəmizdə qadın uçaq və ailə məsələləri ilə bağlı məsələlər öz həllini tapıb. Qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün vacib addımlar atılıb. Ölkəmizin rəhbəri deyib ki, Mərakeşin inkişafında qadınlar böyük pay sahibi olmalıdır, kişilərlə çiyin-çiyinə çalışmalıdır. Qadınlar və kişilər bütün hüquqlardan bərabər yararlanmalıdır. 2023-cü ilin sonlarına doğru biz görürük ölkəmizdə qadınların problemləri həll olunub, bu istiqamətdə vacib praktiki addımlar atılıb. 18 milyona yaxın ailə bu fürsətdən faydalanıb”.

Mərakeş Krallığı beynəlxalq çərçivədə qəbul olunmuş gender bərabərliyi ilə bağlı bütün sənədləri, təşəbbüsləri dəstəkləyir.

Nepalın qadın, uşaq və gənclər naziri Surendra Raç Açarya çıxışında ölkəsinin gender bərabərliyi, qadınlara qarşı zorakılığa mübarizə istiqamətində qanunvericilikdə və praktiki sahədə atdığı addımlar barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Mavritaniyanın gender bərabərliyi və ailə rifahı naziri Kalpana Devi Koonjo Şah çıxışında deyib ki, qadın zorakılığı ilə mübarizə onun ölkəsinin əsas milli prioritetlərindən biridir: “Ölkəmiz qadınların yüksək siyasi idarəçilik postlarında çalışmasını təşviq edir.

Parlament üzvlərinin 17 faizi qadınlarıdır, şirkətlərdə idarəetmə şurasının ən azı 25 faizinin qadınlar olması öhdəliyi var. Qadınların sosial iqtisadi və siyasi həyatda fəal iştirakı üçün mexanizmlər hazırlanıb və bu davam edir”.

Nikaraquanın qadınlar naziri Cessika Yaoska Padilla Levia çıxışında deyib ki, onun ölkəsində nazirlər kabinetində 16 nazirdən 9-u qadındır: “Məhkəmə sistemində çalışanların 59 faizi, parlament üzvlərinin 57 faizi qadınlardır”.

Nikaraqualı nazir vurğulayıb ki, onun ölkəsi gender bərabərliyi və qadınların təmsilçiliyi üzrə yüksək göstəricilər əldə etmiş ölkələr sırasındadır.

655b0e6d5a4d1655b0e6d5a4d3170046628574d12351e37bdb2c26f80281f4381300
655b0e6e97181655b0e6e971821700466285943923c7282036681df8870a34545a62
655b0e6f8b4ee655b0e6f8b4ef1700466285d1e8a48af1e5897f915247712bcd3e67
655b16d5d4b91655b16d5d4b9217004684374df34018998825a9b9355032d527d705
655b16db27335655b16db2733617004684372a2b2890d76389c540262eb240c6887d
655b16dc7d4be655b16dc7d4bf170046843725ab109d3480c79d48a83fb9b6ae85bd
655b16e0d6402655b16e0d64031700468437ec5353287b2b144485aab69e47d3ab15

Paylaş: