BMT İsraildən bu tələbini ləğv etməsini istədi

Birləşmiş Millətlər Təşkilatı İsrail hakimiyyətini Qəzza zolağının sakinlərinin şimaldan cənuba köçməsi ilə bağlı verdiyi əmri ləğv etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti BMT-nin Fələstindəki əməkdaşlarının  şərhlərinə istinadən məlumat yayıb.

“BMT Fələstində İsrail hökumətini BMT agentlikləri və fələstinlilərin təhlükəsizliyinə və ya geri qayıtmalarına heç bir zəmanət olmadan “dərhal Qəzza zolağının cənubuna köçmələri” barədə bəyanatını ləğv etməyə çağırır.

Ümumdünya qurumunun Fələstindəki əməkdaşlarının fikrincə, “bu, qarşısı alına bilən və alınmalı olan humanitar faciəyə səbəb olacaq”.

Bir gündə 1 milyon insanın hərəkət edə bilməyəcəyinə də diqqət çəkilib.

Bundan əvvəl BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirmişdi ki, İsrail 24 saat ərzində 1,1 milyon fələstinlinin Qəzza zolağının cənubuna təxliyyə edilməsi zərurəti barədə təşkilata məlumat verib .