“Qəzzada 1 milyondan çox fələstinli iyulun ortalarına qədər aclığın pik həddi ilə üzləşə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin açıqlamasında deyilir.
Ümumdünya Səhiyyə və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, müharibə dayanmasa, Qəzzada 1 milyondan çox fələstinli aclığın pik həddinə çatacaq.
Ərzaq təhlükəsizliyi fazasının təsnifatına görə, bu rəqəm mart ayında 677 min nəfərədək arta bilər.
Məlumatda deyilir ki, Qəzzada aclıq humanitar yardımların əldə edilməsinə ciddi məhdudiyyətlərin olmasına və yerli qida sisteminin çökməsinə görə, daha da pisləşir.
Müşviq Tofiqoğlu
Globalinfo.az