Helikopterin atəşə tutulması nəticəsində ən azı 28 hərbçi ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin informasiya, rabitə, texnologiya və poçt xidməti naziri Maykl Makuei Lüet məlumat verib.
“Həlak olan hərbçilərin dəqiq sayı hələ müəyyən edilməyib. Lakin general da daxil olmaqla, 28 nəfərin həlak olması barədə informasiya var”.
Bildirilib ki, həlak olan hərbçilərin dəqiq sayı hələ ki müəyyən deyil.
***17:54
Birləşmiş Millətlər Təşkilatının helikopteri Sudanın cənubunda atəşə tutulub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Qeyd edilib ki, BMT helikopteri Cənubi Sudan hərbçilərini təxliyə etməyə çalışarkən Nasir şəhərində atəşə tutulub.
Nəticədə bir ekipaj üzvü və bir general da daxil olmaqla bir neçə əsgər həlak olub.