BMT-dən Durovla bağlı açıqlama: “Narahatıq”

“Durovun saxlanması və ona qarşı irəli sürülən ittihamlar insan haqları ilə bağlı narahatlıq doğurur”.

Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) bəyanatında deyilir.

“Bu, insan hüquqları ilə bağlı narahatlıq doğurur. Ona görə də, təşkilat belə vəziyyətlərin baş verməməsi üçün müvafiq sənəd dərc etməyə hazırlaşır”, – deyə BMT-nin İnsan Haqları İdarəsinin sözçüsü Ravina Şamdasani bildirib.

Xatırladaq ki, Teleqramın qurucusu Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Məhkəmə qərarı ilə onun Fransa ərazisini tərk etməsi qadağan edilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az