BMT BA-nın prezidenti Azərbaycana gəlir

BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Report-a Baş Assambleya prezidentinin sözçüsü Monika Qreyli deyib.

O, bildirib ki, Frensis martın 15-də Bakıda keçiriləcək 11-ci Qlobal forumda iştiraş edəcək:

“Prezident forumda çıxış edərək, dünyada davam edən geosiyasi gərginliyi aradan qaldırmaq və eləcə də beynəlxalq əməkdaşlığı bərpa etmək üçün həmrəylik, dialoq və diplomatiyanın zəruriliyini vurğulayacaq. BMT Baş Assambleyasınn prezidenti, o cümlədən noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransı üçün qarşıya qoyula biləcək məqsədlərə dair panel müzakirəsində iştirak edəcək”.

Sözçü əlavə edib ki, Baş Assambleyanın prezidenti Bakıda bir sıra hökümət və döv