Bitum daşıyan yük maşını aşdı: yaralananlar var

depozitik

Ağdaşda bitum daşıyan yük maşını aşıb.

Globalinfo.az xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində baş verib.

Yol döngəsində idarəetmədən çıxaraq aşan yük maşınında xəsarət alan 1964-cü il təvəllüdlü Abdullayev Kərəm İskəndər oğlu və 1962-ci il təvəllüdlü Vəliyev İlham Ağa oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.