İranın raket hücumu nəticəsində İsraildə ən azı 65 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Bildirilib ki, onlardan üçünün vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağırdır:
“42 nəfər yüngül xəsarət alıb, 18 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb”, – deyə əlavə edilib.
Qeyd edək ki, İsrail bu gün səhər tezdən İrandan yeni raket hücumuna məruz qalıb.
Raketlərdən biri ölkənin cənubundakı Beer Şeva şəhərindəki Soroka xəstəxanasına düşüb.
Əliyar Xəlil
Globalinfo.az