Bəşər Əsəd çağırış etdi: “İsrailə qarşı bu addımı atmalıyıq”

Suriya Prezidenti Bəşər Əsəd Ərəb və İslam dünyası ölkələrinə müraciət edib. 

Globalinfo.az xəbər verir ki, Əsəd Qəzza zolağında baş verənlər səbəbilə bu ölkələri İsraillə münasibətləri dayandırmağa çağırıb.

“Əgər bizim real təzyiq alətlərimiz olmasa, əlavə addımlar nəticə verməyəcək. Ən azından əlimizdə siyasi alətlərimiz var. İlk növbədə, sionist rejim ilə iqtisadiyyatdan başlayaraq hər cür siyasi əlaqələri dayandırmalıyıq. Daha sonra İsraillə əlaqələrin bərpası üçün Qəzza zolağında əməliyyatların dayandırılması şərtini önə sürülməlidir”, – Əsəd bildirib.

Əliyar Xəlil
Globalinfo.az