Bayramovun səfəri: Fransanın planı suya düşür

“Azərbaycan Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq və inkişaf etdirməyin tərəfdarıdır. Ceyhun Bayramovun Brüsselə səfəri çərçivəsində keçirdiyi ikitərəfli görüşlər məhz buna hesablanıb”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, danışıqlar prosesinin müəyyən mərhələsində Brüssel rəsmi Bakıya nisbətən uyğun mövqe sərgiləsə də, sonradan korrektələr müşahidə olundu:

“Bu da təbii ki, Fransanın təzyiqi ilə baş verdi. Fransa öz pozucu siyasi xəttinə Brüsseli də qoşmağa nail oldu. Nəticədə Azərbaycan Brüssel platformasından imtina etdi.

Əli Zülfüqaroğlu

Brüsselin Fransanın diktəsi ilə Azərbaycana qarşı sərt mövqe tutması əvvəlcə Avropa İttifaqının (Aİ) maraqlarına ziddir. Çünki Aİ-nin bölgədə iqtisadi maraqları var və bunun təmin olunması rəsmi Bakı ilə münasibətləri normallaşdırmaqdan keçir”.

Turan Rzayev
Globalinfo.az