Bayramov Antalyada Lavrovla görüşdü – YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

***16:53

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Sergey Lavrov və Ceyhun Bayramov arasında bu gün Antalyada keçirilmiş görüşə dair məlumat yayıb.

Globalinfo.az Rusiya XİN-ə istinadən xəbər verir ki, xarici işlər nazirləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə 22 fevral 2022-ci il tarixli Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üzrə üçtərəfli razılaşmalarının həyata keçirilməsinin zəruriliyi təsdiqlənib.

Qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***15:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirib.

Nazirlər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.

***15:16

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova foto paylaşıb.

Görüş Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutub.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov hazırda Antalyada rəsmi səfərdədir.

 

Ayşən Mustafa
Globalinfo.az