Bayden Tiktokla bağlı qanunu imzaladı – VİDEO

ABŞ Prezidenti Co Bayden Tiktoku ABŞ-da qadağan edə biləcək qanun layihəsini imzalayıb.

Globalinfo.az xəbər verir ki, qanun layihəsinə əsasən, Tiktokun sahibi olan “ByteDance” şirkətinə tətbiqdən imtina etmək üçün doqquz ay vaxt verilir. Bu müddətdə satış baş tutmasa, sosial şəbəkəyə giriş bağlanacaq.

“Biz heç yerə getmirik. Konstitusiya bizim tərəfimizdədir və biz qalib gələcəyimizi gözləyirik”, – Tiktokun rəhbəri Şou Tzu Çyu yeni qanunu şərh edərkən bildirib.