bayden 1

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunması imkanlarını müzakirə edib. “Axios”un məlumatına görə, telefon danışığı zamanı Tramp Netanyahunu Fələstinin radikal HƏMAS hərəkatı ilə saziş bağlamağa sövq etmək istəyib.

elxan sahinoglu 0

Elxan Şahinoğlu

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, rəsmi Vaşinqton Yaxın Şərqdə sakitlik istəyir:

“Döyüşlərin dayandırılmasında maraqlı olduğu üçün Qəzza əməliyyatını da bitirməyə çalışır. Baş nazir Benyamin Netanyahu isə Qəzzada əməliyyatı dayandırmaq fikrində deyil. Onun kabinetində daha mühafizəkar siyasətçilər var. Netanyahu Qəzzada əməliyyatı dayandırdığı təqdirdə kabineti tərk etməklə hədələyirlər. Bu da hökumətin dağılması anlamına gələcək.

Bu gün rəsmi Vaşinqtona Qəzza əməliyyatının dayandırılması çox vacibdir. Co Bayden Kamala Harrisin qələbə çalmasını istəyir və bunun üçün Yaxın Şərqdə sakitlik lazımdır. Donald Tramp isə əksinə, İsrailin siyasətini dəstəkləyir. Netanyahu da Trampın prezident seçilməsində buna görə maraqlıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: