
Bayden Harrisdən sonra Trampa zəng edərək onu ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Bayden telefon danışığında Trampa hakimiyyətin rahat ötürülməsini vəd edib.
Məlumata görə, Bayden Trampı Ağ Evdə görüşə dəvət edib.
ABŞ prezidenti seçkilərin nəticələri və hakimiyyətin keçidi ilə bağlı cümə axşamı xalqa müraciət edəcək.