ABŞ-dakı ən böyük erməni diasporu olan Amerika Erməniləri Milli Konqresi (ANCA) sabah keçiriləcək prezident seçkisində heç kimi dəstəkləməyəcəklərini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, məlumatı ANCA-nın İcraiyyə Komitəsinin direktoru Aram Ambaryan yayıb.
“Heç bir namizəd Amerika Erməniləri Komitəsinin dəstəyini qazana bilmədi. Hər iki tərəf Azərbaycanı dəstəklədiyinə və ermənilərin üzləşdikləri çətinliklərə görə məsuliyyət daşıyır. Ölkədəki partiyalardan heç biri təmkinsiz, məsuliyyətsiz siyasətindən əl çəkməyib”, – Ambaryan deyib.
ANCA rəsmisi ermənilərin seçkiqabağı vədlərə inanması dövrünün çoxdan keçdiyini bildirib. Ambaryan həm Donald Tramp, həm də Kamala Harrisə səs verilməməsini daha çox onların Azərbaycana qarşı 907-ci düzəlişlə bağlı addım atmaması və COP29 ərəfəsində sanksiya çağırışı etməməsi ilə əlaqələndirib.
Əliyar Xəlil
Globalinfo.az