17275135892118656433 1200x630

İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri – Abbas Araqçı, Sergey Lavrov və Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Suriya üzrə Astana formatında görüş keçiriblər.

Xarici işlər nazirliklərinin rəhbərləri Suriyada və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıb, bu ölkədə uzunmüddətli normallaşma vəzifələrini diqqətə çatdırıblar.

Məlumata görə, Astana prosesinin təminatçısı olan ölkələr Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında prosesin hərtərəfli nizamlanmasına kömək etmək üçün birgə səylərini davam etdirmək qərarnı təsdiqləyiblər.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Vaşinqtonda keçirilən üçtərəfli görüş Suriya böhranının həlli yolunda çox mühüm addımdır:

“Uzun müddətdir ki, Türkiyə, Rusiya və İran Suriya məsələsi ilə bağlı ortaq mövqe axtarışındadır. Həmçinin Suriya da milli barışığın əldə edilməsi üçün əlindən gələni edir. Xüsusilə Türkiyənin bu məsələdə rolu təqdirəlayiqdir. Xarici işlər naziri Hakan Fidanın şəxsiyyəti ciddi önəm daşıyır. Fidan uzun müddət Türkiyə kəşfiyyatının rəhbəri olub, Suriya məsələsini dərindən bilir. Buna görə, Hakan Fidanın Suriya məsələsinin həlli ilə bağlı xüsusi yanaşması var”.

zeynal serh
Zeynal Əmrəliyev

Politoloq qeyd edib ki, Türkiyə, Rusiya və İran Suriyada aparıcı rola malikdirlər:

“Bu dövlətlərin Suriyada güclü mövqeləri var. Ancaq məsələnin həll yolu ilə bağlı hər birinin öz yanaşması mövcuddur. İran və Rusiya uzun illər Suriya Prezidenti Bəşər Əsədi müdafiə etdilər. Əsədin hakimiyyətdə qalmasının səbəbi məhz bu ölkələrdir. Ancaq Türkiyə uzun müddət Suriya müxalifətinə dəstək verirdi. Həmçinin burada yerləşən PKK uzantılarına qarşı da Türkiyə çox uğurlu əməliyyatlar həyata keçirirdi. Ankaranın Suriyada keçirdiyi əməliyyatlar nəticəsində bölgədə terrorizm böyük ölçüdə zəifləyib.

Yaxında Qazaxıstanın paytaxtı Astanada Suriya probleminin həlli ilə bağlı görüşün keçirilməsi gözlənilir. Suriya məsələsinin yeganə həll yolu ölkədə iqdidar və müxalifətin iştirakı ilə milli birlik hökumətinin yaradılması, bu dövlətlərin zəmanəti altında Suriyada azad və demokratik seçkilərin keçirilməsidir. Güman edirəm ki, 3 dövlətin istəyi də məhz bunun üzərindədir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: