Bayden adminstrasiyasının vitse-prezidenti və Demokratların seçkidəki namizədi Kamala Harris Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Bildirilib ki, Harris telefon danışığı zamanı hakimiyyətin sülh yolu ilə keçidinin vacibliyini vurğulayıb və yeni prezidenti bütün amerikalıların lider olmağa çağırıb.
Qeyd edək ki, Kamala Harris ABŞ vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə 01:00) çıxış edəcək.
Müşviq Tofiqoğlu
Globalinfo.az