Bakının təzyiqi bəhrəsini verdi: separatçılar geri çəkilir

Arayik Arutyunyanın Qarabağda (Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində – red.) referendum keçirməkdən imtina etməsinin dərin səbəbləri var.

Globalinfo.az bildirir ki, bu məlumatı “Past” qəzeti yayıb.

Qəzet Arutyunyanın bu qərarı sərbəst şəkildə vermədiyini bildirib:

“Prezident” sistemindən “yarıprezident”ə keçid nəzərdə tutulurdu və bundan sonra Arayik Arutyunyan getməli, “hakimiyyət” Vardanyana keçməli idi. Bu, böyük ehtimalla müəyyən dairələrə sərfəli deyil. Qarabağda əmindirlər ki, buna iki səbəb var: ya Nikol Paşinyan Arutyunyanı konstitusiya düzəlişlərindən vaz keçməyə məcbur edib ki, “hakimiyyət” Vardanyana keçməsin, ya da bu, Vardanyanın danışıqları aparan olmaması üçün faktiki olaraq Bakının təzyiqi altında edilib”.

Qeyd edək ki, dünən A.Arutyunyan “konstitusiya dəyişiklikləri”nin geri çağırılması üçün “parlament” “sədr”inə müraciət etmişdi. Bundan sonra isə 9 “nazir” istefaya göndərilmişdi.

İlkin
Globalinfo.az