Bakının avtobus problemi nə vaxt həll ediləcək? – VİDEO

İyulun 1-dən taksilər haqqında yeni qaydalar qüvvəyə minəcək.

Globalinfo.az bildirir ki, yeni tələblərə görə, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən nəqliyyat vasitələri taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Başqa sözlə, köhnə taksilərin fəaliyyəti dayandırılır.

Bəs avtobuslarla bağlı belə qaydalar müəyyənləşə bilərmi? Taksilərin yenilənməsi fonunda avtobusların da yeniləri ilə əvəz edilməsi mümkündürmü?

Sirr deyil ki, paytaxtda şəhərətrafı kənd və qəsəbələrə müntəzəm reyslər həyata keçirən avtobusların əksəriyyəti acınacaqlı vəziyyətdədir. Sərnişinlər bu haldan narazıdırlar və köhnə avtobusların yenisi ilə əvəz edilməsini istəyirlər.

“Köhnə avtobuslar çox bərbad vəziyyətdədir, gigiyena sıfırdır. Oturacaqların hamısı sınıqdır, bizi qane etmir”, – deyə sakin narazılıq bildirib.

Daha ətraflı Baku TV-nin süjetində: