v 91

Bakının Nərimanov rayonu ərazisində yolun hərəkət hissəsində su xəttində qəza baş verib.

Globalinfo.az bildirir ki, bununla bağlı Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, Zeynal Xəlil küçəsində su xəttinin partlaması, küçədə hərəkəti çətinləşdirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti faktı təsdiqləyib.

Qəza baş verən ünvana cəlb edilən əməkdaşlarımız tərəfindən su xətti artıq təmir edilib və su axıntısı aradan qaldırılıb”, – deyə məlumatda bildirilir.

Paylaş: