Mədəniyyət xadimləri İlham Əliyevi dəstəkləyir – YENİLƏNİB

Bakıda Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin I Qurultayı keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qurultayda ölkədə fəaliyyət göstərən yaradıcı ittifaqların rəhbər və nümayəndələri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib.

Çıxış edənlər Prezident İlham Əliyevin 7 fevral seçkiləri üçün layiqli və tək namizəd olduğuna dəstək nümayiş etdiriblər.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə Azərbaycanı sevib-sevməmələrindən asılı baxmayaraq, hər bir dövlətin, xalqın Azərbaycana hörmət etdiyini deyib: “Prezident İlham Əliyev Azərbaycanı ölkədən dövlətə çevirib. Bu mənada bizim, biz mədəni ziyalıların seçimi məlumdur. Bizim seçimimiz Prezident İlham Əliyevdir”.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qurucu dövlət olmasına diqqət çəkib: “Biz bunu bütün dünyaya göstəririk. Göstəririk ki, biz qurucu xalqıq, qurucu dövlətik”.

Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərindən bəhs edib: “Belə prezident dünyada yoxdur. Prezidentimiz əsl kişidir. Əsl liderdir. Seçki bunun üçün lazımdır ki, hamı bizə dost deyil. Seçki onların görməsi üçün lazımdır. Bizim seçimimiz məlumdur. Bu səsə səs vermək üçün hamını seçkilərdə fəal olmağa çağırıram”.

Daha sonra Xalq rəssamı Fərhad Xəlilov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Hacı İsmayılov, Xalq artisti Şəfiqə Məmmədova və digər mədəni-yaradıcı xadimlər Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini ifadə ediblər.

Çıxışlardan sonra qurultay bəyanat qəbul edib.

Bəyanatda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı və 7 fevral prezident seçkilərində ona dəstək motivi öz əksini tapıb.

***12:27

Bakıda Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin I Qurultayı keçirilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qurultayda ölkədə fəaliyyət göstərən yaradıcı ittifaqların rəhbər və nümayəndələri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edir.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar qurultayda çıxış edib:

“Gələn il həm də prezident seçkilərdir. Bu gün burada olan mədəniyyət işçilərinin səsi, məncə, yekdilliklə məlumdur. Bizim seçimimiz yenə də cənab Prezident İlham Əliyevdir”, deyə o bildirib.

Anar: Mədəniyyət işçilərinin seçimi yenə də Prezident İlham Əliyevdir - YENİLƏNİB - FOTO Anar: Mədəniyyət işçilərinin seçimi yenə də Prezident İlham Əliyevdir - YENİLƏNİB - FOTO Anar: Mədəniyyət işçilərinin seçimi yenə də Prezident İlham Əliyevdir - YENİLƏNİB - FOTO Anar: Mədəniyyət işçilərinin seçimi yenə də Prezident İlham Əliyevdir - YENİLƏNİB - FOTO Anar: Mədəniyyət işçilərinin seçimi yenə də Prezident İlham Əliyevdir - YENİLƏNİB - FOTO Anar: Mədəniyyət işçilərinin seçimi yenə də Prezident İlham Əliyevdir - YENİLƏNİB - FOTO