Bakıda naməlum avtomobil qadını vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Naməlum avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Sürəyya Əfəndiyevanı vurub hadisə yerindən qaçıb. Zərbənin nəticəsindən qadın qarşı yolda hərəkətdə olan Hüseyn Fətullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin qabağına düşərək ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlayıb.