71cIRa2gXegtr837Z8TyZdeL5kS6dyDnPqBe2Wmf 1200

Metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən məşhur “Soloha” restoranında oğurluq hadisəsi baş verib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müəssisənin sahibi Lidiya Əliyeva məlumat verib.

“Bu gecə “İçərişəhər”dəki “Soloha Baku” restoranım qarət olunub, özümü çox məyus hiss edirəm. Oğru pəncərədən içəri daxil olaraq, qiymətli əşyaları oğurlayıb və gedib”, – o yazıb.

Onun sözlərinə görə, polis artıq hadisə ilə bağlı araşdırma aparır.

Paylaş: