Bakıda maşın aşdı: qadın öldü – ANBAAN VİDEO

Bakıda avtomobil aşıb, qadın ölüb.

Bu barədə Globalinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

Bildirilib ki, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də “KİA” markalı 90-NE-840 nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi törədib. Qəza zamanı sürücü özü yüngül xəsarət alsa da, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova ölüb.

“Dəfələrlə xəbardar edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar”, – DYP rəsmisi vurğulayıb.