WhatsApp Image 2026 04 29 at 17.46.34

Bakıda bir nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

***11:38

Bakıda iki nəfər evdə dəm qazından zəhərlənib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova kirayədə yaşadıqları Xətai rayonu R.Bağırov küçəsi ev 30-un hamam otağında dəm qazından zəhərləniblər.

Y.Atalay hadisə yerində ölüb, T.Bəkirova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Paylaş: