Bakıda avtomobili piyadaların üstünə sürən şəxsdən xəbər var

Paytaxtın Nərimanov rayonunda avtomobili piyadaların üstünə sürən sürücüyə 20 sutka həbs qərarı çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Polis mayoru bildirib ki, sürücü 1984-cü il təvəllüdlü Məmmədov Emil Fəxrəddin oğlu barədə toplanan materiallar Nərimanov rayon məhkəməsinə təqdim edilib:

“Nərimanov Rayon Məhkəməsi sürücünü İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu və 535-ci maddələri ilə təqsirli bilərək, barəsində 20 sutka inzibati həbs qərarı verib”.