Bakıda avtomobildən oğurluq edənlər saxlanıldı

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən maqnitofon, akkumulyator və səsgücləndiricilərini oğurlamaqda şübhəli bilinən Xamis Tapdıqov və İmamqulu Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.