Bakıda avtomobil avtobusa çırpıldı: ölən var – VİDEO

Bakıda Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Globalinfo.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.

İlkin məlumata görə, minik avtomobilində sürücünün sükan arxasında ürəktutması səbəbindən avtomobil idarəetmədən çıxaraq avtobusa çırpılıb. Qəza nəticəsində Tbilisi prospektindən mərkəz istiqamətinə sıxlıq müşahidə olunur.

APA-nın əldə etdiyi məlumata görə, minik maşınının sürücüsü ürək tutmasından ölüb.