Bakıda “Audi Q7” avtomobili yandı – VİDEO

Bakıda avtomobil yanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, şadlıq saraylarının birinin qarşısında “Audi Q7” markalı avtomobilin mühərrik hissəsində yaranan nasazlıq yanğına səbəb olub.

Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.