Azərbaycanla Hindistan iqtisadiyyat, ticarət, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Randhir Caysvalın paylaşımında məlumat verilib.

Caysval vurğulayıb ki, bu gün katib Corcun iştirakı ilə Bakıda iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib.

“Tərəflər (məsləhətləşmələr çərçivəsində – red.) qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçiriblər. Ticarət, texnologiyalar, turizm, əczaçılıq, mədəniyyət, insanlararası əlaqələr və transsərhəd terrorizmə qarşı mübarizə məsələləri müzakirə edilib”, – R.Caysval yazıb.

Paylaş: