Bakı-Sumqayıt yolunda avtomobil aşdı – VİDEO

“Səkkiz mart 2024-cü il tarixində saat 18:13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsilə bağlı çağırış daxil olub”.

Bu barədə TƏBİB-dən Globalinfo.az-a məlumat verilib.

Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Xəsarət alan üç nəfər şəxs (iki kişi cinsli, bir qadın cinsli olmaqla) qapalı kəllə-beyin travması ilə xəstəxanalara hospitalizasiya olunub.

Xəsarət alan 35 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 30 yaşlı kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına, 25 yaşlı kişi isə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.

Hər birinə zəruri tibbi xidmətlər göstərilib.

***

Bakı-Sumqayıt yolunda avtomobil aşıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib.

Nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alanlar var.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları və təcili tibbi yardım briqası cəlb edilib.

Qəza səbəbindən yolda sıxlıq yaranıb.