hcq

Hacıqabul rayonu ərazisində avtomobil yanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisində hərəkətdə olan “KİA” markalı 99 ON 983 dövlət nömrəli avtomobil anidən yanmağa başlayıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma başlanıb.

Paylaş: