Bakı metrosunda təhlükə: dərhal hərəkətə keçildi – YENİLƏNİB

“Bakı metropoliteni” QSC-nin “Gənclik” stansiyasında kimyəvi məhsul dağılması ilə bağlı hadisənin təfərrüatı bəlli olub.

Globalinfo.az “Bakı metropoliteni” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, metropoliten daxilinə buraxılmasına məhdudiyyət olmayan kimyəvi təmizləyici maddə toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girib.

“Nəticədə ani alışma baş verib. Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir”, – deyə məlumatda bildirilir.

Globalinfo.az hadisə yerindən özəl görüntüləri təqdim edir:

***15:34

“Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

Bu barədə Globalinfo.az-a qurumdan bildirilib.

Məlumata görə, hadisə nəticəsində maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gəlməsinə imkan verilməyib.