​​​​​​​Bakı metropoliteni işçilərinin peşə bayramının vaxtı dəyişdirildi

Bakı metropoliteni işçilərinin peşə bayramının vaxtı dəyişdirilib.

Globalinfo.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı metropoliteni işçilərinin peşə bayramı noyabrın 8-dən 6-na keçirilib.