WhatsApp Image 2025 09 19 at 11.47.25

Ermənistan yaxın gələcəkdə sülh əsaslı yeni dövlət modeli – dördüncü respublika ilə yoluna davam edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan qeyd edib.

O bildirib ki, 1991-ci ildə qəbul edilmiş mövcud konstitusiya xalqın iradəsinə və sülh prinsipinə əsaslanmayıb və artıq tarixi mərhələsini başa vurub.

“Biz artıq keçmişin qarşıdurma yönümlü yanaşmalarından uzaqlaşır, dördüncü respublikanı – sülh məntiqinə dayanan bir dövləti formalaşdırırıq”, – o vurğulayıb.

Qeyd edək ki, rəsmi Bakı Ermənistan konstitusiyasında ərazi iddialarının olduğunu, bu səbəbdən dəyişdirilməsi gərəkdiyini bildirir.

Paylaş: