SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən azad olunması barədə məlumat yayılıb.
“Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşım edib.
Mia.az-ın məlumatına görə, xəbər təsdiqlənib. Bildirilib ki, o öz ərizəsi ilə vəzifədən ayrılıb.
“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün SOCAR-a sorğu ünvanlasa da, cavab ala bilməyib. Lakin qurumun saytında vitse-prezidentlərlə bağlı bölmədə onun haqqında məlumat hələ də qalmaqdadır.
Xatırladaq ki, Babək Hüseynov 2023-cü ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.