pasinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının deputatı Edqar Qazaryana qarşı məhkəmə iddiası qaldırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan Qazaryanın onun barəsində səsləndirdiyi və böhtan xarakterli hesab etdiyi faktiki məlumatların təkzib olunmasını tələb edir.

Bundan əlavə, Ermənistanın baş naziri deputatdan 6 milyon dram (təxminən 28 min manat) məbləğində təzminat tutulmasını istəyir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: