AzTU-nun tələbəsi faciəli şəkildə öldü – FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr tələbəsi ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu abrədə universitetin mətbuat katibi Sevinc İsgəndərova məlumat verib.

S.İsgəndərovanın sözlərinə görə, Azərbaycan Texniki Universitetinin II kurs magistr tələbəsi Sevgi Rəsulova ötən gün paytaxtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib:

“AzTU-nun rəhbərliyi və kollektivi Sevgi Rəsulovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir”.

Allah rəhmət eləsin!