Azərbaycanlı milyarderlər ölkədə necə “gizlədilir”? – Ekspert açıqladı

“Forbes” jurnalının milyarderlərlə bağlı yaydığı rəsmi siyahıya əsasən məlum olub ki, təkcə Moskvada 61 milyarder yaşayır. Diqqətçəkən məqam siyahıda Azərbaycanda yaşayan milyarderlərin yer almaması olub.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli problemin vergiləndirmə sistemində olduğunu bildirib:

“Azərbaycanda rəsmi milyonçu, milyarderlərin olmamasının əsas səbəbi vergiləndirmə sistemi və iqtisadiyyatın daha çox kölgədə formalaşmasıdır. Təəssüf ki, bizdə normal vergiləndirmə sistemi qurulmadığı üçün rəsmi milyonçular beynəlxalq siyahılarda yer almırlar.

İqtisadiyyatımız şəffaflaşmalı, maliyyə aministiyası olmalı və rəqabətli mühit artmalıdır. Bundan başqa, vergi qanunvericiliyi düzəldilməlidir. Bir sözlə, məsələ ilə bağlı problemin öz həllini tapması üçün müəyyən paket hazırlanmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az