1673638492 mm

Rusiya həbsxanasında azərbaycanlı məhkum ölüb.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Tomsk həbsxanasında qeydə alınıb.

Orada saxlanılan, 58 yaşlı Çingiz Nurəddin oğlu Əsgərov vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Ç.Əsgərov əvvəllər biznes fəaliyyəti ilə məşğul olub. Onun Bakıda və Rusiyada restoranları olub. 2008-ci ildə Rusiyada həbs edilən Ç.Əsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 15 ilini geridə qoyan Ç. Əsgərovun yaxında həbsdən çıxması gözlənilirdi.

Ç.Əsgərovun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Salyan rayonunda torpağa tapşırılacaq.

1673636479 63c1a5eb0248163c1a5eb02482167363530763c1a5eb0247e63c1a5eb0247f

Paylaş: