
Sabiq deputat Ağacan Abıyev əməliyyat olunub.
Bu barədə Globalinfo.az-a A.Abıyev bacısı Nəzakət Abıyeva məlumat verib.
O, 87 yaşlı qardaşının hazırda yaxşı olduğunu bildirib:
“Qardaşım böyrək əməliyyatı keçirdi, hazırda özünü yaxşı hiss edir. Onun yanındayam, həkimi gözləyirik”.
O, A.Abıyevin tezliklə evə buraxılacağını deyib.
Zaira Akifqızı
Globalinfo.az