Ermənistan Azərbaycanla sərhədə belə hasar çəkir: “İki gün sonra…” – FOTO / YENİLƏNİB

Ermənistanın Gürcüstanla dövlətlərarası yolunun Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindən keçən hissəsində sərhəd divarı inşa edilir.

Globalinfo.az Kirantsdakı sərhəd divarının fotosunu təqdim edir:

***

09-07-2024  23:10

“İki günə Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindəki körpü bağlanacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə kənd sakini Karen Qazaryan deyib.

Kənd sakini bildirib ki, demarkasiya komissiyalarının razılığına əsasən Tavuşun Kirants kəndindəki körpü bağlanacaq. Paralel olaraq Kirants-Açarkut avtomobil yolunun yenidən qurulması başa çatacaq.

“Məndə olan məlumata görə, körpüdən kəndin yaşayış binalarına qədər divar çəkiləcək ki, sakinlər  Azərbaycan hərbçilərini görməsin. Bu, hündürlüyü 3 metr olan divardır. Artıq kənddən Azərbaycan bayrağı və sərhədçilər görünür”, – deyə Qazaryan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az