670be5fc08d37670be5fc08d381728833020670be5fc08d35670be5fc08d36

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Cənubi Qafqazda kommunikasiyaların bərpası mövzusunu şərh edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, nazir bu barədə “Kanal7” telekanalında danışıb.

 

O deyib ki, Azərbaycanın Qərq rayonlarından Naxçıvan Muxtar Respublikası istiqamətində nəqliyyat dəhlizinin həm İran, həm də Ermənistan ərazisindən keçəcəyi istisna edilmir:

“Birinci halda söhbət 61 kilometrlik, ikinci halda isə təxminən 43 kilometrlik marşrutdan gedəcək”.

Nazir deyib ki, müəyyən problemlər var, lakin onlar qarşıdakı dövrdə həll oluna bilər: “Bu, zaman məsələsidir”.

Türkiyəli nazir qeyd edib ki, Türkiyə Bakı ilə daim təmas qurur və əlaqə saxlayır.

Paylaş: