Azərbaycanda pandemiya ilə bağlı son vəziyyət necədir?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 970 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 668 nəfər müalicə olunaraq sağalıb, 10 287 nəfər vəfat edib, aktiv xəstə sayı 15 nəfərdir.

Ölkədə son sutka ərzində 770, hazırkı dövrədək isə 7 652 788 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, üç və daha çox doza vaksin vurduranların sayı 16, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 914, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 770, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 163, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 645, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 336 təşkil edir.