Azərbaycanda nazir müavini vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bununla bağlı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, Ramin Ramiz oğlu Məmmədov vəzifəsindən azad olunub.